azia.az
azia.az

Vahid Əhmədovdan “Cavan oğlana oxşayır” zarafatı

7-12-2021, 08:43

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində olublar.
Vahid Əhmədovdan “Cavan oğlana oxşayır” zarafatı
“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı, birinci xanım və qızları Mədəniyyət Evi ilə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşüblər.

Bu zaman Prezidentlə qəsəbə sakini arasında maraqlı dialoq yaşanıb.

Belə ki, dövlət başçısı qəsəbə sakinindən neçə yaşının olmasını soruşub.

Ağsaqqal isə “səksən beş” cavabını verib.

Prezidentin “Maşallah” deməsindən sonra, millət vəkili Vahid Əhmədov “Cavan oğlana oxşayır” zarafatını edib. Deputatın bu zarafatı Prezidentin təbəssümünə səbəb olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi