azia.az
azia.az

Ceyhun Bayramov Tacikistan Prezidenti ilə görüşüb

29-03-2021, 20:36

Ceyhun Bayramov Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib.

Bu barədə virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli münasibətlərin hərtərəfli inkişafına dair məsələlər müzakirə olunub.

E.Rahmon Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkənin son illər ərzində keçdiyi inkişaf yolunu xüsusi olaraq vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib.

Tacikistan Prezidenti Azərbaycanın COVID-19 ilə mübarizədə Tacikistana göstərdiyi yardımı yüksək qiymətləndirərək pandemiya müddətində Azərbaycanın Tacikistan mallarının tranzit daşımaları üçün xüsusi şərait yaratdığını vurğulayıb və bununla əlaqədar Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Ceyhun Bayramov Tacikistan Prezidenti ilə görüşüb
C.Bayramov qəbula görə Tacikistan Prezidentinə təşəkkürünü bildirib və Azərbaycan Prezidentinin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb. Nazir bölgədə olan cari vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılar, Azərbaycanın tarixi və mədəni irsinə vurulmuş ziyan, habelə bu ərazilərin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi