Azərbaycan ordusunun Kəlbəcərə daxil olması prosesi davam edir - VİDEO
Məlum olduğu kimi əldə olunan üç tərəfli razılaşmaya əsasən işğlaçı Ermənistan silahlı qüvvələri işğal edilən Kəlbəcər rayonunu bu gün Azərbaycana təhvil verməli idi.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən artıq prosses başlayıb və müzəffər ordumuz Kəlbəcərə daxil olur.
Əməkdaşlarımız bu prosesi izləyir.
Qeyd edək ki, ermənilər Azərbaycan tərəfindən Kəlbəcərdən çıxmaq üçün noyabrın 25-nə qədər vaxt istəmişdi. Yeni razılaşmaya əsasən artıq dünəndən başlayaraq ermənilər Kəlbəcərdən çıxmağa başlayıblar.