azia.az
azia.az

ATƏŞ XƏTTİ: Düşmən Tərtərə atəşi bərpa etdi, Azərbaycan ordusu hərəkətə keçdi

16-10-2020, 11:31

ATƏŞ XƏTTİ: Düşmən Tərtərə atəşi bərpa etdi, Azərbaycan ordusu hərəkətə keçdi

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələri oktyabrın 16-da səhər saatlarından etibarən Tərtər rayonu ərazisini yenidən şiddətli atəşə tutmağa başlayıb.

Azia.Az xəbər verir ki, Hazırda Azərbaycan Ordusunun hissələri düşmənə qarşılıq verir.

Qeyd edək ki, aktiv döyüş əməliyyatları 20 gündür ki, davam edir. Bu müddət ərzində Tərtər şəhərinə və ətraf yaşayış məntəqələrinə 13 minə yaxın mərmi və raket atılıb.

Oktyabrın 10-da Ermənistan hakimiyyətinin sürəkli yalvarışları ilə Moskvada humanitar atəşkəs razılaşması əldə olunub. Bundan 1 gün sonra Ermənistan hərbi-siyasi rəhbərliyi daha bir rəzil müharibə cinayətinə əl atıb. Cəbhə xəttindən çox uzaq olan Gəncə şəhərinə ballistik raket zərbəsi endirilib. Yatmış şəhərə atılan raket çoxmənzilli binaya düşüb və 10 nəfər dinc sakin həlak olub, 34 nəfər yaralanıb.

Sentyabrın 27-də 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi