azia.az
azia.az

“Sizə ayaqyalın konsert verəcəyəm!” - Xalq artisti əsgərlərə söz verdi - FOTOLAR

15-10-2020, 18:10

“Sizə ayaqyalın konsert verəcəyəm!” - Xalq artisti əsgərlərə söz verdi - FOTOLAR

Xalq artisti Faiq Ağayev Ordusuna dəstək olub. Sənətçi əsgərlərimizə hədiyyə və məktub göndərib.

Azia.az xəbər verir ki, Faiq Ağayev məktubda bunları qeyd edib:

“Əziz, sevimli, igid qardaşlarım!

Bu günlərdə dünyanın dörd bir yanında yaşayan bütün azərbaycanlıların duaları sizinlədir!

Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam!

Bilin – Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur!

Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın!

Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun!

Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun!

İnşaAllah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz – igidlər, ayaqyalın konsert verəcəyəm!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi