azia.az
azia.az

Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən KÖMƏK İSTƏDİ - "Haqsızlığa son qoymağa kömək edin!"Müraciət

6-10-2020, 11:20


Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən KÖMƏK İSTƏDİ - "Haqsızlığa son qoymağa kömək edin!"Müraciət
Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən KÖMƏK İSTƏDİ - "Haqsızlığa son qoymağa kömək edin!"Müraciət
Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına

Azərbaycan Respublikasının I vitse-Prezidenti

Mehriban xanım Əliyevaya

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri

Sahil Babayevə

MÜRACİƏT

Cənab Prezident və Mehriban xanım, mən Bakı şəhəri Səbail rayonu, Səlyan yolu, ev 35, m. 2-də yaşayan Rudik Yelena Aleksandrovna sizə müraciət edərək bildirmək istəyirəm ki, 14 avqust 2007-ci ildə həyat yoldaşım Panteleyev Andrey Yevqenyeviçdən boşanmışam. Uzun müddətdir ki, işsizəm, bununla əlaqədar pandemiya zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 190 manatlıq kömək üçün müraciət etmişdim. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə Panteleyev Andrey Yevqenyeviçlə ərdə olduğumu və (ərimin) işlədiyini əsas gətirərək mənə ehtiyacım olan 190 manatı verməkdən imtina etdilər.

Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım!

Yuxarıda qeyd etdiyim kimi, mən həyat yoldaşımdan 13 ildir ki, ayrılmışam və bu əlavə etdiyim sənədlərdə də öz əksini tapıb.

Qeyd etmək istəyirəm ki, 2015-ci ildən heç yerdə işləmirəm və himayəmdə 78 yaşlı xəstə anam var.

Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım!

Sizdən xahiş edirəm ki, bu haqsızlığın aradan qaldırılmasına köməklik göstərəsiniz və dövlətin mənə ayırdığı 190 manatlıq köməyi mənə verilməsinə göstəriş verəsiniz.

Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım mənim bu köməyə böyük ehtiyacım var.

Hörmətlə, Rudik Yelena Aleksandrovna


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi