Ramiz Mehdiyev “məktəbi” keçən başçılar təşvişdə – Şok siyahı
AMEA prezidenti Ramiz Mehdiyev Prezident Administrasiyası rəhbəri olduğu dövrdə bir sıra deputatlar və icra başçıları onun diktəsi altında olublar. R.Mehdiyev parlamentin və yerli idarəetmə orqanlarının kadr potensialını öz adamlarından təşkil edirdi.
İllər əvvəl keçmiş deputat Gülər Əhmədovun sabiq rektor Elşad Abdullayevlə məşhur “mandat alveri” videosunda söylədikləri təsdiqləyir ki, R.Mehdiyevin şinelindən çıxanlar parlamentə düşürdülər.
Eyni sözləri İcra Hakimiyyətləri haqda da söyləmək olar. Keçmiş PA rəhbəri rayonlarda özünü padşah kimi aparan, korrupsiyaya bulaşan icra başçılarını himayə edirdi.
2018-ci ildən prezidentin başladığı genişmiqyaslı kadr dəyişiklikləri nəticəsində R.Mehdiyevin bir çox kadrları İH-lərdən təmizlənməyə başlayıb. Onlardan bəziləri işdən azad edilib, 6 nəfəri isə rüşvətlə həbs olunub.
Reportyor.info xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyatla həbs edilən Ağstafanın eks-başçısı Nizaməddin Quliyev, Yevlaxın rəhbəri Qoca Səmədov, İmişlinin şefi Vilyam Hacıyev, Neftçala fironu İsmayıl Vəliyev, Biləsuvar xanı Mahir Quliyev, Kürdəmir padşahı Ceyhun Cəfərov məhz R.Mehdiyevin “əlindən su içən”, onun yetişdirdiyi kadrlar idilər.
Amma bu həbslərin yekunlaşması gözlənilmir. Çünki yerli icra orqanlarında hələ də Mehdiyevə bağlı, onun klanına xidmət edən korrupsioner məmurlar var. Bununla bağlı apardığımız araşdırmalar maraqlı faktları ortaya çıxarıb.
Məlum olur ki, Mehdiyevin təqdimatı ilə təyin olunan həmin icra başçıları prezidenti və xalqı saymırdı, yalnız keçmiş PA rəhbərinə hesabat verir, onun sözü ilə oturub-dururdular.
Mediada gedən xəbərlərə görə, onun hələ də İH-lərdə adamları qalmaqdadır və siyasi hakimiyyət həmin məmurların da barəsində təftiş aparır. Onların bəzilərinin həbsi, əksəriyyətinin işdən çıxarılması istisna olunmur.
İddialara görə, R.Mehdiyevin kurasiyasında olan icra başçılarından biri paytaxtın Nəsimi rayon rəhbəri Asif Əsgərovdur.
Əvvəllər Səbael rayonuna başçılıq etmiş, avtoqəzada oğlu adam öldürmüş, övladını həbsdən xilas etmiş A.Əsgərovun qorunmasında R.Mehdiyevin dəstəyi az olmayıb.
Onun Nəsimi rayonuna keçidi, burada həyata keçirdiyi qanunsuzluqlar ictimaiyyətə bəllidir: ağac kəsimi, torpaq satışı və s.
Tezliklə Bakının bu mərkəzi rayonuna gənc və reputasiyası təmiz bir kadrın təyin olunacağı qaçılmazdır.
R.Mehdiyevin himayə etdiyi paytaxt rayonlarından birinə başçılıq edən Süleyman Mikayılovdur. Qaradağın icra başçısı kobud xarakteri, məmurlara sıxma-boğmaya salması ilə tanınır.
O, rayonda bir çox qanunsuz hallar, qalmaqallarla gündəmə gəlib. İcra başçısı fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın olsa da, üzərində Mehdiyevin xeyir-duası var.
Suraxanı rayon icra başçısı Əziz Əzizovun isə adı keçmiş komitə rəhbəri Kərəm Həsənovun kadrı olaraq çıxsa da, istər Cəlilabad, istər Yasamal, istərsə də Suraxanıya başçı gəlişinə qədər R.Mehdiyev ona havadarlıq edib.
Reportyor.info xəbər verir ki, əhaliyə “qan uddurması” və misli görünməmiş qanunsuz hərəkətləri ilə respublikada bütün həmkarlarını geridə qoyan Bərdənin icra başçısı Vidadi İsayevin də Ramiz Mehdiyev “məktəbi” keçib. V.İsayev son dövrlərdə ən çox gündəmə gələn icra başçısıdır.
Prezidentin çağırışlarına, xalqa xidmətlə bağlı tapşırıqlarına baxmayaraq, Vidadi İsayev islahatlar kursuna tam zidd fəaliyyət göstərməkdə davam edir.