Karantin uzadılarsa 190 manat veriləcəkmi? – “Birmənalı şəkildə...”
Məlumdur ki, hazırda ölkədə karantin rejimi tətbiq olunur.
Nazirlər Kabinetinin son qərarına əsasən Azərbaycanda koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan karantin rejimin müddəti 31 avqusta qədərdir.
Qeyd edək ki, karantinin uzadılması ilə bağlı Nazirlər Kabinetinin yeni qərarı yoxdur. Əvvəlki qərarla isə karantin müddəti 31 avqusta qədər uzadıldı və müvafiq olaraq müəyyən şəxslərə 190 manat məbləğində vəsaitin təkrar ödənilməsi həyata keçirildi.
Maraqlıdır, karantin müddəti yenidən uzadılarsa, 190 manat yenidən veriləcəkmi?
İqtisadçı-alim Fuad İbrahimov Azia.Az-a açıqlamasında karantinin uzadılması halında 190 manatın qeyri-şərtsiz olaraq verilməli olduğunu deyib:
“190 manatın mahiyyəti ondan ibarətdir ki, karantin şəraitinə görə işini itirən şəxslərə yardım edilsin. Müəyyən sahələrdə yumşalmalar oldu, amma bəzi iş yerləri, məsələn, restoranlar, iri ticarət mərkəzləri və sairə hələ də açılmayıb. Orada işləyən insanlar, oofisantlar, aşbazlar, satıcılar və digər şəxslər işsizdir. Deməli, karantin uzadılarsa, həmin şəxslərə birmənalı şəkildə 190 manat ödənilməlidir”.