Silahlı qarşıdurma yerinə çağrılan polisləri gülmək tutdu
Azia.Az xəbər verir ki, Adana şəhərində gecə saatlarında maraqlı hadisə yaşanıb.
Şəhər sakinlərinin iki qrupun silahlı qarşıdurması barədə xəbər verməsindən sonra hadisə yerinə təcili şəkildə polis komandaları və Terrorla Mübarizə Şöbəsinin əməkdaşları gəliblər.
Atışma səsi gələn küçə mühasirəyə alınıb. Lakin məlum olub ki, həmin küçədə atışama olsa da bu gerçək bir dava deyil.
Serial çəkilişləri gedirmiş.Yaralanan və qanı axanların qrimləndiyi, tapançaların isə butafor olması polislərin gülüşünə səbəb olub. Bununla belə, onlar vətəndaşlara hadisələrə laqeyd yanaşmadıqlarına görə təşəkkür ediblər.
Polis araşdırmaları bitdikdən sonra film çəkilişlərinə yenidən icazə verilib.