“Müsahibəni müsahiblə mübahisəyə çevirmək olmaz!”

Hamının  bildiyi  və hər kəsin görə bilmədiyi Aybəniz kimdir?!
 
22 İyul Azərbaycan  Jurnalistkasının təməlinin qoyulduğu gündür.
“Azia.Az”  xəbər portalı olaraq  xatırladırıq ki, 145 il əvvəl böyük maarifçi-publisist,  ictimai xadim  və  Azərbaycan mətbuatının banisi  Həsən bəy Zərdabinin misilsiz səyləri nəticəsində 1875-ci il iyulun 22-də  işıq üzü görmüş,  ilk milli qəzetimiz  olan  “Əkinçi”  xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl  nümunəsi kimi mədəni tariximizdə silinməz izlər qoymuş  və  xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
Azərbaycan  öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə  qayıdış mətbuat sahəsində  də  özünü  göstərdi.  Bu gün  Azərbaycanda yüzlərlə mətbu orqan- qəzet  və jurnal fəaliyyət göstərir. 
Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı  gün -22 İyul  “Milli Mətbuat”  və  “Jurnalistka günü”  kimi qeyd olunmağa başladı
Mövqelərini ildən-ilə möhkəmləndirən  Milli mətbuatımızın 145 illik yubileyi ərəfəsində  böyük qürur və sevinc hissi ilə deyə bilərəm ki, Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin əsası Ümummilli  Liderimiz  Heydər Əliyev tərəfindən qoyulmuşdur.  
Belə ki, Ümummilli  Liderimiz  ölkə mətbuatının qüsurlarını,  problemlərini  hər zaman açıq şəkildə  bildirərək,  jurnalistləri  milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı.
Qeyd etdiyim ki,  Azərbaycan  milli  mətbuatının  145 illik yubileyi yenidən anadilli jurnalistikamızın dünənini göz önünə gətirir. 
Əslində, buna özümü məcbur etməmişəm ya da ki,  qarşıma xüsusi  məqsəd qoymamışam.  Sadəcə  mən də  belə  alındı...
Orta  məktəbin yuxarı sinifində oxuyanda,  məni bir sual daha çox düşündürürdü....
Hansı peşəni seçməli?
-Mən isə elə bir sənət, elə peşə seçməliydim ki, həm özümün bu peşəyə sevgim, məhəbbətim olsun,  həm də seçəcəyim peşəm xalqıma,  dövlətimə və onun vətəndaşlarına  xeyir  verə  bilsin.
Bunu xüsusi vurğulamaq istərdim  ki,  bütün sənət və peşələrimiz şərəflidir. Çünki,  sənətin pisi olmur,  sənətkarın qeyri-peşəkarlığı ola bilər.
 	Elə bil dünən olmuşdu,  o an elə düşünürdüm ... böyümərəm.  Yaxşı yaddımdadır, məktəbə  getməklə,  ana-ata, Vətən sözlərini yazmağı-çıxmanı, vurmanı  və  bölməni  öyrəndim.
Müəllimizin tapşırığı ilə sərbəst inşa yazırdıq.  Kimi müəllim, kimi həkim, kimi polis olacağını yazmışdı.  Mən isə  böyüyəndə  jurnalist olacağam,  deyə cızmaqara etmişdim.  Böyüdüm  və  məhz  jurnalistdə oldum.
Taleyimi Azərbaycan  Nəşriyyatına,  mətbuata,  qəzetçiliyə, radio və televiziyaya  bağladım.  Məqalələrim  çap olundu.  Oxuyanda  oldu  və oxumayanda.  Ən  tələbkar  oxucum,  elə  özüm oldum.
Jurnalistika həyatımın ayrılmaz  hissəsinə çevirilib.  Hətta,  müəyyən  səbəblərlə  bağlı  bir dəfə  bu sahədən  bir  müddət  ayrılmaq  istədim  və  getdim.  
Amma sonra anladım ki, başqa bir sahədə  işləyə  bilmərəm  və  yenidən mətbuata qayıtdım.  Bəlkə də  hansısa bir sahədə özümü  göstərə bilərdim.  Lakin,  Jurnalistkaya olan sevgim, məni başqa sahəyə getməyə qoymadı. 
Qeyd etdiyim kimi  “Həyatım dəyişsə də peşəm jurnalistdir.”
Hərdən yazmağa tələsmirəm. Sanki, ömürümün çoxu qalıb. Jurnalistkada  yazmaq sevgimin bir hissəsi olduğundan, bəzən isə  elə istirahət bilmədən böyük  istək və yanğı ilə yazıram. Sanki,  ömürüm  bu gün və ya  sabahlığdır.
Zaman hər şeyin göstəricisidir. Ömrümün sonunadək mətbuatda qalacam, desəm... bəlkə  də bir-iki il sonra yanıla bilərəm.  Hesab edirəm ki,  olanları  öz axarına  buraxmaq lazımdır.
Mən, həmişə  müsahibə üçün yaxınlaşacağım müsahiblərimin mükəmməl anlayışlı və möhkəm  xarakterli olmağını istəmişəm.  Çünki,  mükəmməl müsahibin verdiyi müsahibə də mükəmməl olaraq, oxucuya yararlıdır.
Bunu xüsusi olaraq  qeyd  edim ki:  “Müsahibəni müsahiblə  mübahisəyə çevirmək olmaz!”
Hesab edirəm ki, peşəkar jurnalistin  həmkarlarından fərqi ondadır ki,  o həmişə öz qarşısına,  digər media nümayəndələrinin ağlına gələ bilməyən fərqli olan sualları 
Onu da bildirim ki,  “jurnalist” dedikdə,  ilk növbədə reportyor,  yəni- yenilikləri operativ şəkildə redaksiyaya çatdıran şəxs nəzərdə tutulur.  Ona görə də jurnalistə imtiyaz  yox,  zəng edəndə ona məlumat vermək lazımdır.
Mediada  tanıdıqlarımın çoxunun yeri cəhənnəmlikdir. Belə ki,  xalqın qarşısına  çıxmağa  üzü olmayan, bəzi həmkarlarım var ki, televiziya ekranlarından tez-tez boylanır.  Səsləri efirdən kəsilmir ki, kəsilmir.
  Belə ki, açırsan televiziyanı baxırsan  aparcılıq qabilliyyətləri yoxdur ki,  xalqa təqdim edəcəyi maarifləndirici verlişləri də olsun. Yalnız şəxsi həyatlarını  reklam edərək, insanların gözündə gündəmdə qalırlar. 
Belə insanlar yalnız  müəyyən bir vaxta kimi öndədir. Ondan sonra onlar unudularaq yaddan çıxacaqlar. Həmin həmkarlarıma  məsləhətim yaxşı olar ki, indiki gənclərə və gələcək nəsillərə  öz  şəxsi həyatları  ilə deyil, əksinə  gördükləri  yeni yaradıcı işləri ilə yadda qalsınlar. 
Onu da bildirim ki, mediamızın dövlət yardımı olmadan yaşaması yollarının araşdırılmasına ciddi ehtiyacı var.  Bu gün  mətbuatımızın qorunması  dövlətimizin üzərindədir.  
Təkcə,  bu faktı qeyd etmək kifayətdir ki, əgər dövlət vəsait ayırmasa, heç bir qəzet və jurnal fəaliyyət göstərə bilməz.  Ölkə prezidentimiz cənab İlham Əliyev sağ olsun ki, verdiyi  göstərişə  əsasən mətbuata hər il davamlı qayğı  və xüsusi diqqət  yetirilir. 
Nəticə etibarı ilə deyə bilərəm ki, bu gün Azərbaycanda 400-dən çox   jurnalist həmkarlarım  cənab  prezidentimizin fərmanına əsasən mənzilə təmin olunub. Gələcək də bu siyasətin davam etdirilməsi  bizim üçün də nəzərdə tutulub.
Mən jurnalistəm, mətbuata həyatımın mənası kimi baxıram.  Jurnalist olmasaydım hər kəslə dost olub,  aldanardım.  Nöqsanları yazmaq və araşdırmalar aparmaq mənim vəzifə borcum olduğundan,  jurnalist həmkarlarımı  da  hər zaman  dövlətin mövqeyinə, onun prinsiplərinə əsasən yazmağa çağırıram.
Onu da bildirim ki,  jurnalistika  təhqir və  şantaj meydanı deyil!  
Cənab Prezidentimizin sözü ilə desəm... “Mən  hər  bir dövlət qulluqçusundan, və digər səlahiyyətli vəzifə rəhbərlərindən  tələb edirəm ki, xalqı incitməsinlər, onları narahat edən  problemləri aradan qaldırsınlar!”
Biz bilir ki, bu gün ölkəmizdə kifayət qədər problem var.  Sosial qayğıya ehtiyacı olan minlərcə  vətəndaşlarımız var. Biz jurnalistlərin  vəzifəsi bu kimi  problemləri ictimaiyyətləşdirmək  dövlət qurumlarının diqqətini buna cəlb etməkdir. 
Ölkə prezidentimiz  Cənab İlham Əliyev məhz, bu baxımdan  jurnalistləri ən yaxın dostu hesab etmişdir.  Mətbuatın və biz jurnalistlərin üzərimizə  düşən əsas vəzifələrimizdən biri də cəmiyyətin informasiya təminatı ilə bağlıdır.
Təkcə bu faktı qeyd etmək kifayətdir ki, mətbuat  bütün dünyada “dördüncü hakimiyyət” adlandırılır.  Hesab edirəm ki, yazısına görə jurnalisti həbs etdirmək, jurnalisti  iş başında təhqir etmək ən ağır cinayət olmaqla,  yanaşı  cənab Prezidentimizin siyasətinə qarşı çıxmaq deməkdir.
Ona görə də mən bundan  sonra da yazacam.  Əgər mən düzəmsə vəzifəsindən asılı olmayaraq, kimsə məni və qələmimi sındıra bilməz!
Çünki, dövlət hər bir jurnalistini qoruyur.  Siyasi mövqeyindən asılı olmayaraq, onun təhlükəsizliyini təmin edir.
Bugünki  Azərbaycan mətbuatında  bəzi “Şərəfsizlər” (dırnaqarası  jurnalistlər)  hələ də aramızda qalmaqdadır. Belə şəxslər öndə gedən insanların fəaliyyətinə hər zaman öz çirkin əməlləri ilə kölgə salmaq istəyirlər. Bəzən də buna nail olurlar. Çünki, eyni təşkilatda çalışırlar və bu da ümumilikdə peşəmizin  adına ləkə gətirmiş olur. 
Azərbaycan  jurnalisti  vətənpərvər jurnalistdir. 
Baxmayaraq ki, onun sosial qayğıları  çoxdur. Qeyd etdiyim kimi  jurnalist o şəxsdir ki,  dövlətimizin, millətimizin maraqlarına hər zaman xidmət edərək, şərəfli bir işlə məşğul olmasının fərqindədir.
Bu məqamı da  xüsusi qeyd etmək lazımdır ki, hər bir jurnalist eyni zamanda sizin kimi  bir sadə  Azərbaycan vətəndaşıdır.  Onun hərəkətində də hansısa qanunsuzluq ola bilər. 
Jurnalist olduğum üçün həmişə arzulamışam ki, heç bir həmkarım həbsxanaya düşməsin. Bu gün həbsdə olan hər bir jurnalist cəmiyyətimizdə kifayət qədər tanınan qələm sahibi olduğundan  düşünürəm ki, qanun qarşısında öz cəzasının müəyyən hissəsini çəkdiyindən onun azadlığa çıxması  daha məqsədə uyğundur.
Əslində həyatımız  heç bir yazıçı  tərəfindən yazılmamış bir hekayədir. 
Biz özümüz xatirələrimizin arxivini vərəqləsək də sonuncu səhifəsini  vərəqləyə bilimirik.  
Onu başqaları vərəqləyir.  Məhz , bu vərəqdə oxucuya ona görə verilir. 
Qorxaq insanlar yazmaz yazanlar jurnalistlərdir.
Mən də yazıram... Jurnalistəmmi görəsən? 
Ara-sıra olur... Jurnalist olaraq, o qədər fərqli yaşayıram ki, o qədər bol  hekayəli həyatım var ki, mənim... Bəzən özüm belə şok oluram.
Jurnalistka peşəsi Allahın mənim ömürümə yazdığı yazı imiş. İndi həmin yazını yaşayıram. Çünki, bu gün nə əldə etmişəmsə, nə qazanmışamsa, sevilmişəmsə, sevilməmişəmsə, özümə bu gün əminəmsə, inamlı addım ata bilirəmsə, bunun hamısı  jurnalistkada qazandığım böyük təcrübəmin nəticəsidir.
Mətbuatda sevilməklə  bərabər həmkarlarım tərəfindən  nifrətlə də qarşılanıram. Mənə nifrət edirlər. Mən isə bu nifrətdən enerji alıram. Çünki, nifrət edənlərin  məni idarə etməsinə icazə vermirəm.
Bu günə kimi çox çətin imtahanlardan keçdim.
Qınaq obyekti olmağıma və tənqidlərə baxmayaraq,  heç kimin fikri,  məni hədəfə gedən yolumdan döndərə bilmədi.
Həyat davam edir. Günü-gündən düşmənlərim çoxalsa da mən zövq alıram. Öz işimlə öz sənətimlə.  Allahıma çox şükürlər olsun!  Bu gün hörmət qazanmışam ki, hər kəs mənim yanımdadır. Hələ qabaqda atacağım böyük imzalarım var.
Jurnalist kimi vəzifəsindən asılı olmayaraq,  istər Prezident, istər Nazirlərlə, Rayon İcra Başçıları ilə həmçinin yüksək  siyasi  statuslu nazirlərlə, dövlət nümayəndələri ilə müsahibə götürərkən, aramızda heç bir fərq hiss etmədən jurnalist olmağımla qürur duymuşam. Yuxarı vəzifə  sahiblərinin öz  rəhbərləri ilə qorxa-qorxa danışdıqları təqdirdə mən isə vəzifəsindən asılı olmayaraq,  hər zaman hər bir kəsə haqlı sözümü deməyi bacarmaqla jurnalistkada olmağımla fəxr etmişəm.
Tanıdığım jurnalistlərin əksəriyəti  ikiüzlüdürlər. Kameralara işləyənlər efirdə beş sözdən artıq danışa  bilmirlər.  Kameraya işləmirəm.  Efirdə necəyəmsə, həyatda  da eləyəm.Ən çox sevdiyim sənətim  olan  jurnalistkaya göstərdiyim xidmət nəticəsində topladığım  bilikləri cəmiyyətə  nümayiş etdirmək  mənim iş prinsipimdir.
Jurnalistkada olan vəzifəsindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələri ilə münasibətdə ola bilirəm, mən xəbərin mənbəyindəyəm. Dünyanın tam ortasındayam, hamını  görürəm  və  hamıda məni görür.
Həyata  yenidən  gəlmək şansım olsaydı,  yenə də jurnalist olmaq istəyərdim. Haqqında  ən çox danışılan,  ən çox tənqid hədəflərinə  düçar olan, ən çox xəyalı qurulan  və  ən  çox qısqanılan sənət olan jurnalistka həm peşə, həm də  elmdir. 
Yaxşı jurnalist olmağın  yolu düşünürəm ki, daimi olaraq,  öz  üzərində işləməkdən keçir.  Peşəkar jurnalist təhsilinin və elmi araşdırmaların əsası ilk olaraq Bakı  Dövlət Universitetində qoyulmuşdur.  Bu peşəyə arzusu olan şəxs gərək, gecəsini- gündüzünə  haram qatsın, əziyyət çəksin, oxusun əlindən kitab düşməsin.
Jurnalistkanın  indiki durumunu heç bir perespektiv olmadığını görəndə  isə yadıma keçmiş günlərimi, uşaqlıq illərimi xatırlayaraq...
-Çox istəmişəm kaş ki,  atam-anam mənim jurnalistkada gizli fəaliyyətimi biləndə bu peşəni seçdiyimdə əlini hökümlə stolun üstünə vuraraq, olmaz deyib qadağa qoyardı fəaliyyətimə.
Deyərdi ki:  “Mən seçdiyim peşəni seçməlisən!” -Amma çox təəssüflər olsun ki,  o günlərə  və  o, illərə qayıtmaq  üçün zamanı geriyə qaytara bilmərəm. Çünki, uçmaq üçün sehirli xalatım yoxdur.
Mən hesab edirəm ki, dünyada elə bir sənət tapa bilməzsən ki, o  jurnalist  kimi hər bir insana lazım olsun.  Mən öz peşəmi çox sevirəm. Bacardığım iş varsa, o da jurnalistkadır. Başqa iş əlimdən gəlmir.  Bu peşəni də seçməyimdə də peşman da deyiləm.  
Unutmaq olmaz ki,  Bakıda və dünyada  baş verən hadisələrdən  ekskuliziv  xəbərləri   operativ,  qərəzsiz  olaraq,  yalnız  jurnalistlər cəmiyyətimizə çatdırmış olur.
Biz də öz  növbəmizdə  “Azia.Az”  saytı olaraq  inanırıq ki, ölkə başçısı cənab  İlham Əliyevin  rəhbərliyi altında həyata keçirilən çoxşaxəli, səmərəli siyasətin  məntiqi  nəticəsi olaraq, mətbuatımız  daha da saflaşacaq, təkmilləşəcək, peşəkar jurnalistka prinsipləri ilə çalışaraq cəmiyyətin  obyektiv informasiya ilə təminatında öz sözünü deyəcəkdir.
Bu bayram günündə  azad  sözün, müstəqil fikrin  ölkəmizdə inkişafı üçün, həyatlarını  risqə ataraq, ölümdən belə qorxmadan peşəsinə vicdanla yanaşan, həmçinin bu gün sıralarımızda olmayan jurnalistlərə dərin ehtiramımı bildirirəm.
Eyni zamanda ümüdvar olduğumu  bildirirəm  ki, bu gün məhbəs həyatı yaşayan  jurnalistlərimiz tezliklə bəraət qazanaraq, öz azadlıqlarına qovuşacaq və azad sözün verdiyi imkanlardan  bundan sonra da yararlana biləcəklər.
Sonda  “Azia.Az”  saytının kollektivi adından başda  Azərbaycan  Mətbuat  şurasının  sədri  Əflatun  Amaşov   və  rəhbərliyimiz  olmaqla,  bütün media həmkarlarımı   Azərbaycan milli mətbuatının 145 illik  yubileyi  münasibətilə təbrik edib, hər birinə möhkəm cansağlığı və ən səmimi arzularımı ifadə etməklə  bahəm, Vətən,  Millət və  Ali dəyərlər  uğrunda  şərəfli peşələrində bundan sonra da müvəffəqiyyətlər diləyirəm.
Qələmimiz iti, sözümüz qüdrətli və kəsərli olsun, əziz  media həmkarlarım! 
 
Aparıcı sözdən ötrü girməz  cibə, 
Fikir verər quruluşa və tərtibə.
Alır dəqiq-qərəzsiz müsahibə,
Heç zaman  sizə dəyməsin göz xanım... 
Xüsusi müxbirimiz Aybəniz xanım!
“Azia.Az”-ın,
Xüsusu müxbiri : Aybəniz Abdulova.
 Tanınmış yazıçının keçmiş xanımı aldadıldı - Notaris rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq
Tanınmış yazıçının keçmiş xanımı aldadıldı - Notaris rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq
