azia.az
azia.az

Qadın jurnalisti məhkəmədə soyunmağa məcbur etdilər

17-07-2020, 12:11

Qadın jurnalisti məhkəmədə soyunmağa məcbur etdilər

Azia.Az xəbər verir ki, jurnalist Alina Didkovskaya Moskva Şəhər Məhkəməsində soyunmağa məcbur edildiyini açıqlayıb.

Jurnalistin üzərində “İvan Safronova azadlıq” yazılmış köynəyi qurumun əməkdaşlarının xoşuna gəlməyib. Jurnalist məhkəməyə köynək və plaşda gəlib. Lakin girişdə köynəyi soyunması və məhkəmə iclasına sadəcə plaşla daxil ola biləcəyi qeyd olunub.

“Sadəcə plaşın yaxasını bağlamaq və köynəyi örtməyə icazə vermədilər. Nəticədə məhkəmədə çılpaq bədənin üzərinə plaş geyinmiş halda oturmuşam. Çox qəribə hissdir”, - deyə Rusiyalı jurnalist A.Didkovskaya bildirib.

Xatırladaq ki, köynəyin üzərində yazılan sözlər “Roskosmos” dövlət korporasiyasının məsləhətçisi və “Kommersant” nəşrinin keçmiş jurnalisti İvan Safronova həsr olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi