azia.az
azia.az

Fransa şirkəti bu il Azərbaycan üçün iki yük lokomotivi istehsal edəcək

17-10-2018, 09:36

Fransanın "Alstom" şirkəti bu il Qazaxıstanda 4 yük lokomotivi yığacaq. Onlardan ikisi Azərbaycan üçün nəzərdə tutulub.

“Report” "Abctv.kz"ya istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunur.

"Astana elektrovoz zavodu bu il dörd "Prima T8" tipli yük elektrovozu buraxmağı planlaşdırır. Onlardan iki "KZ8A" Qazaxıstan, iki "AZ8A" isə Azərbaycan üçün nəzərdə tutulub", - deyə sayt şirkətin icraçı direktoru Bernard Pelleyə istinadən məlumat yayıb.

Hazırda "Alstom" yığım istehsalında 50 faizlik mövcud paketinə əlavə olaraq zavodda daha 25 faiz payın əldə olunması işini yekunlaşdırmaq üzrədir.

Bundan əvvəl "Alstom" şirkətinin Qazaxıstanda istehsal etdiyi ilk yükdaşıyan lokomotivi Azərbaycana satacağı xəbər verilmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi