“Azəristiliktəchizat” niyə 118 milyon manatı ZƏRƏR EDİB - RƏSMİ
“Azəristiliktəchizat” ASC-nın yığılmış zərəri 10 milyon manata yaxın artıb.
İqtisadiyyat.az bu barədə qurumun ötən ilin dekabrın 31-nə olan mühasibat balansına istinadən xəbər verir.
Hesabata əsasən, qurumun yığılmış zərəri 118,2 milyon manata çatıb. 2022-ci ildə ASC-nin yığılmış zərəri 108,4 milyon manat idi.
2022-ci illə müqayisədə 2023-cü ildə “Azəristiliktəchizat”ın cəmi aktivləri isə artaraq 154,4 milyon manata yüksəlib. 2022-ci ilin sonunda bu rəqəm 151,8 milyon manata bərabər olub.
Hesabat dövründə qurumun borc öhdəlikləri, qısamüddətli və uzunmüddətli öhdəlikləri, ticarət və digər kreditor borcları artıb. “Azəristiliktəchizat”ın cəmi öhdəlikləri artaraq 77,7 milyon manata çatıb. Əvvəlki il bu rəqəm 68 milyon manata yaxın idi.
Xatırladaq ki, “Azəristiliktəchizat”ın 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manatdır. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.