azia.az
azia.az

İşçi qrupu toplandı

3-10-2022, 20:10



 

 “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında Saziş”də dəyişikliklərin edilməsi üzrə İşçi Qrupun videokonfrans formatında növbəti iclası keçirilib.

İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nümayəndələri iştirak edib.

Görüşdə bu ildən etibarən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə malların təsviri və kodlaşdırılmasını əks etdirən “Harmonikləşdirilmiş Sistem”in yeni versiyasının tətbiqi istiqamətində mövcud çətinliklər müzakirə edilib. “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında Saziş”in müvafiq müddəalarının qeyd edilən sənədə uyğunlaşdırılması ilə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.  

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi