azia.az
azia.az

Bu həftədən etibarən həftəsonu ictimai nəqliyyat işləyəcək

1-10-2021, 08:00


Azərbaycanda həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyətin ləğv olunması barədə qərar qüvvəyə minib.
Bu həftədən etibarən həftəsonu ictimai nəqliyyat işləyəcək
Xəbər verilir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.

Qərara uyğun olaraq sabahdan (oktyabrın 2-si şənbə gününə təsadüf etdiyindən - red) etibarən şənbə və bazar günləri ictimai nəqliyyatda və metroda sərnişinlərin daşınması adi qaydada davam etdiriləcək.

Bununla yanaşı, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

Xatırladaq ki, daha əvvəl ictimai nəqliyyatda və metroda sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti noyabrın 1-i saat 06:00-dək uzadılmışdı.Demokrat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi