“Məhəmməd” yenə birinci oldu
“Məhəmməd” adı ardıcıl üçüncü ildir ki, İngiltərə və Uelsdə oğlan körpələrə verilən ən populyar ad olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə 5957 oğlan uşağına “Məhəmməd” adı verilib. Bu göstərici əvvəlki illə müqayisədə 4 faiz artım deməkdir.
Beləliklə, “Məhəmməd” adı ardıcıl üçüncü dəfə İngiltərə və Uelsdə ən çox seçilən oğlan adı olub.
Siyahıda ikinci yeri Noah, üçüncü yeri isə Leo tutub.
Qız adları arasında isə Olivia liderliyini qoruyub. 2025-ci ildə 2386 qız körpəsinə bu ad verilib və Olivia ardıcıl onuncu ildir ki, ən populyar qız adı seçilir.
Qız uşaqları üçün ən çox seçilən digər adlar Lili və Amelia olub.