azia.az
azia.az

Azərbaycan birinciliyi keçiriləcək - Bakıda kamandan ox atacaqlar

Bu gün, 08:13

Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, qurumun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarış mayın 31-dən iyunun 2-dək davam edəcək.

Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq birincilikdə U-15 (yeniyetmələr), U-18 və U-21 (gənclər) kateqoriyaları üzrə ümumilikdə 49 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Gənc oxatanlar yaş qruplarına müvafiq olaraq 40, 60 və 70 metr məsafələrdə hədəfi dəqiq vurmaq bacarıqlarını nümayiş etdirəcəklər.

Üç gün davam edəcək turnirin proqramına əsasən, mayın 31-də idmançıların sınaq atışları və rəsmi məşqləri təşkil olunacaq.

İyunun 1-də birinciliyin əsas yarış mərhələsi baş tutacaq, 2-də isə final görüşləri keçiriləcək və qaliblərin adları müəyyənləşəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi