azia.az
azia.az

Bu paylaşım ingilis azarkeşləri həyəcanlandırdı

16-02-2025, 00:42

Ronaldu Mançesterə qayıdır? - Bu paylaşım ingilis azarkeşləri həyəcanlandırdı

Portuqaliyalı superulduz Kriştianu Ronaldunun şəxsi təyyarəsi Mançester hava limanında görüntülənib. 

Fanat.Az xəbər verir ki, sözügedən hava limanının mətbuat xidməti hücumçunun təyyarəsinin görüntülərini sosial şəbəkə hesabında paylaşıb. 

"CR7" loqolu təyyarənin foto və videosunun dərc edilməsi azarkeşlər arasında müzakirə dalğasına səbəb olub.

Ronaldunun özü təyyarədə olub, yoxsa bunun təsadüf olub-olmadığı sirr olaraq qalır.
 

Xatırladaq ki, portuqaliyalı əvvəllər “Mançester Yunayted”də iki dəfə çıxış edib, 2023-cü ilin yanvarından isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır. Onun hazırki klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 40 yaşlı forvardın bazar dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.

Mirağa


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi