Kikboksçular xuliqanlıq edib-Zərərçəkmiş şəxs DSX mayoru olub
Dünən saat 3 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb. Azia.az bloqu xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Elnur Həmidov və Elçin Hüseynov məşqçi işləyir. Elvin Məmmədov isə 2022-ci ildə 16 yaşında Türkiyənin Antalya şəhərində keçirilmiş böyüklər arasında Avropa çempionatının qalibi olub.
Prosport.Az-ın məsələ ilə bağlı araşdırmasına görə, zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətinin mayoru, kikboksinq müəllimi Fuad Zeynalov olub. Hadisə Xətai rayon prokurorluğunun yanında yerləşən "Yavan" restoranının yaxınlığında baş verib.