Sevgilisindən Ronaldo ilə bağlı ilginc etiraflar: “İlk dəfə titrəyirdim”
Kriştiano Ronaldonun sevgilisi Ceorcina Rodriges maraqlı etiraflar edib.
26 yaşlı model İtaliyanın “Grazia” dərgisinə müsahibəsində ulduz futbolçu ilə “Dolce&Gabbana” firmanın keçirdiyi bir tədbirdə tanış olduqlarını bildirib.
Həmin vaxt “Gucci”də satış meneceri işləyən Rodriges Ronaldonu ilk dəfə gördüyü zaman titrədiyini bildirib: “Diqqətimi çəkən ilk şey boyu, vücudu və özünə baxımı idi. Onu görəndə titrəyirdim, amma aramızda bir elektriklənmə baş vermişdi. Çox utancaq idim və bu vəziyyət məni üzürdü. Amma Kriştiano bir baxışı ilə mənə dərindən toxunmuşdu. Bundan sonra davranışı, məni sevməsi və maraqlanması, hər şeyi unutdurdu”.
Model bildirib ki, futbol matçı izləyərkən onu həyacanlandıran yeganə şey Ronaldodu: “Bir oyunda məni həyacanlandıra biləcək yeganə insan Ronaldodu. Bütün zamanların ən yaxşı futbolçusunun sevgilisi olduğum üçün çox şanslıyam. Kriştiano meydanda olduğu zaman içimdə saysız-hesabsız hisslər yaranır. Onun rəqibi yoxdu”.