Bir qrup polis xanımı polis idarəsində zorlayıb
Azia.az xəbər verir ki,Xanim Polis İdarəsinin Mərkəzi Ofisinin 5-ci mərtəbəsinə qalxır. 461 nömrəli otağa daxil olur: “Orada həyatımın ən dəhşətli gecəsini yaşadım”.
Fransaya şok yaşadan olayın təfərrüatı
Xanım Emily Spanton polis zabiti ailəsində böyüyüb. Onun atası Toronto şəhərində polis bölməsinin rəhbərlərindən biri olub. Ona görə də uşaqlıqdan onda polislərə xüsusi inam və rəğbət formalaşıb. Olayla bağlı geniş reportaj hazırlayan “The Guardian” yazır ki, elə bu səbəbdən də kanadalı xanım Fransalı polislərin qəfil təklifinə etiraz etməyib.
Hadisə isə belə baş verib. Emily Parisdəki irland barların birində sərxoş olana qədər içib. Bu zaman ona iki yerli polis yaxınlaşır. Təklif edirlər ki, gəlin sizi bizim yaxınlıqda yerləşən Polis İdarəsinə aparaq. Qəzet qeyd edir ki, həmin idarənin yerləşdiyi bina dünyaca məşhurdur.
Emily etiraf edir ki, o, güclə ayaq üstə dururdu: “Hiss edirdim ki, gedib qaldığım hoteli də tapa bilmərəm. Düşündüm ki, polislərlə getsəm, bir az ayılaram. Yəqin ki, ora işıqlıdır və idarədə çoxlu adam var”.
Hadisə 2014-cü il aprelin 23-də sübh çağları baş verib. 80 dəqiqə ərzində polislər silah gücünə onu zorlayıblar. 39 yaşlı xanım məhkəmədə bildirib ki, ona ən azı iki polis təcavüz edib. Onlar məni zorladıqdan sonra əşyalarımı yığıb otaqdan çıxmaq istədim. Ancaq onlar məni zorla başqa bir otağa saldılar. Orada da əvvəlki dəhşətli anları təkrar yaşamalı oldum.
“The Guardian” yazır ki, sözügedən Polis İdarəsi Fransa polisinin elit bölməsi kimi tanınır. Əsasən terrorla mübarizə aparır. 49 yaşlı polis mayoru Nicolas və 40 yaşlı kapitan Antoine (Fransa qanunları polislərin həqiqi adının yazılmasına qadağa qoyub) isə kanadalı xanımın iddiasın rədd edir. Onlar deyirlər ki, Spontan özü sekslə məşğul olmağa razılıq verib.
Fransızlara şok yaşadan odur ki, söhbət sadəcə polislərin qrup halında bir qadını zorlamasından getmir. Bu hadisə bütövlükdə Fransa polisinin imicinə öldürücü zərbə kimi dəyərləndirilir.
Məhkəmədə üzə çıxıb ki, sərxoş kanadalı xanım hələ barda olanda polis zabitləri ilə öpüşməyə başlayıb. Ona görə də bəziləri düşünür ki, sərxoş xanım Polis İdarəsində olarkən daha çox həzz almaq fikrinə düşə bilərdi. Bu hadisənin ört-basdır edilməsi haqqında danışan Fransa Polisi yetkilisi deyib ki, hər iki zabitin ailəsi var. Onlar xanımlarının reaksiyasından çəkinib və işdən qovulmaq ehtimalı da onları bu işi gizli saxlamağa təhrik edib.
Emily Spantonın vəkili bildirib ki, işdə adı keçən polis zabitlərinin rəsmi nümayəndələri Kanadada olub. Emily Spantonın bütün həyatını ən kiçik detallarına qədər araşdırıb. Ancaq onun şəxsi həyatında buna bənzər hər hansı bir şey tapa bilməyiblər. Britaniya qəzeti yazır ki, məşhur Komissar Miqre filmi məhz bu binada çəkilib. Həmin bina 1913-cü ildən Fransa Polisinin elit bölümünə verilib. 2017-ci ildə isə həmin polis bölümü daha modern binaya köçürülüb...
Daşınmaz əmlak üzrə mütəxəssis olan xanım deyib: “Polislər orada çəkilən filimdən elə danışdılar ki, məndə o binaya getməyə maraq oyandı”.
Xanım deyir ki, onu zorlayan 3-cü şəxsin kimliyin müəyyən edə bilmir: “Çünki o, məni zorlayanda eynəyim harasa düşmüşdü. Mən daha müqavimət göstərmirdim. Gözlərimi yumub zorlamanın başa çatmasını gözləyirdim. 90 dəqiqə sonra binadan çıxanda ayağımda corabım da yox idi. Qapıda dayanan polisə dedim ki, məni yuxarıda zorladılar. O isə sakit şəkildə mənə bildirdi ki, mən binanı tərk etməliyəm”.
Emilinin alt paltarlarından adıçəkilən hər iki polisin spermasının izləri aşkar edilib. 40 yaşlı Antoinedə isə xanıma məxsus sperma üzə çıxıb. Spermanın kimə məxsus olduğu isə istintaq tərəfindən müəyyən edilib.
İttiham olunan polislərin cib telefonunda o günə aid olan bütün məlumatlar silinib. Ancaq onlardan birinin başqa bir polisə göndərdiyi mesaj istintaq tərəfindən müəyyən edilib. Orada belə yazılıb: ”Bu xanımın oral sekslə məşğul olmaqdan xoşu gəlir, tələs, özünü bura çatdır”.
Hakim polis zabiti Antoinedən soruşub ki, siz gənc qızları tez-tezmi Polis İdarəsinə dəvət edirsiz. Zabit bildirib ki, heç vaxt belə bir şey olmayıb. Hazırda ittiham olunan polislər hələ də iş başındadırlar. Ancaq ittihamlar təsdiqlənərsə, onları 20 ilə qədər həbs cəzası gözləyir...
Məhkəmə prosesinin sonunda hakim zorakılıqla üzləşmiş xanımdan soruşub ki, o, məhkəmədən nə gözləyir. Kanadalı xanım deyib: “Mən istəyirdim ki, ictimaiyyətin gözü qarşısında bu kişilərə etiraz edim. Bu iş başa çatdıqdan sonra geri dönmək və həyatımın bu bölümünü qapatmaq istəyirəm”...
Aybəniz Abdulova