Bakıda bir qrup şəxs mənzilə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfəri yaralayıb.
APA-nın xəbərinə görə, insident paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.
Dostlarının köməyi ilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetiriblər.
Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Mahirə Əliyeva xəstəxanada keçinib.
Faktla bağlı polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.