Polis əməkdaşı FACİƏLİ ŞƏKİLDƏ öldü
Polis əməkdaşı FACİƏLİ ŞƏKİLDƏ öldü. Buna səbəb Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsi olub.
Xəbər verilir ki, hadisə rayonun Muradlı kəndində qeydə alınıb.
Tehran Səlimovun idarə etdiyi "KİA Optima" markalı avtomobillə əks yoldan gələn Firudun Həsənovun idarə etdiyi "JAC" markalı yük avtomobili ilə toqquşub. Toqquşmanın nəticəsindən hər iki avtomobil yolun kənarına aşıb.
Nəticədə sürücü T.Səlimov hadisə yerində ölüb.
Qeyd edək ki, hadisədə ölən şəxs Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşı olub.