azia.az
azia.az

Bakıda güclü yanğın , ölən var-BAZAR YANIR

23-11-2023, 08:56

23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, "Dərnəgül" taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən Milli.Az-a bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi)  həkiməqədər ölümü qeydə alınıb. 

Xəsarət alan yoxdur.

Əlavə məlumat veriləcək.

--------

07:10

Bakının Binəqədi rayonunda inşaat materialları bazarında yanğın zamanı bir nəfər xəsarət alıb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.

--------

06:43

Bakıda inşaat materialları bazarı yanır.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi