Meyit Elçin Həsənova məxsusdur
Bir neçə gün əvvəl meyiti tapılan neftçinin şəxsiyyəti bilinib. İstiPress xəbər verir ki, onun 1957-ci il təvəllüdlü Həsənov Elçin Yaqub oğlu olduğu müəyyən edilib. Neftçinin oğlu Yaqub Həsənovun verdiyi məlumata görə, atasının nəşi hələlik ailəsinə təhvil verilməyib.
Meyiti tapılan neftçi Elçin Həsənov
Xəzərdə faciə dekabrın 15-də səhər saat 5 radələrində baş verib. Dənizdə 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator.
Bu zamana kimi neftçilərdən 4-nün meyiti tapılıb.