azia.az
azia.az

Qeyri-rəsmi nikahda yaşadığı kişi ilə görüşən qadın faciəvi şəkildə öldü

4-10-2022, 13:02


Bakıda gənc qız bədbəxt hadisə nəticəsində ölüb.

Azia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də, gecə 02 radələrində Xətai rayonu, Ağ şəhər ərazisində baş verib.

1994-cü il təvəllüdlü A.Cəfərova Ağ şəhər yaxınlığında qeyri-rəsmi nikahda yaşadığı şəxslə görüşüb və onların arasında münaqişə baş verib. Bu zaman 28 yaşlı qız qaçaraq yaxınlıqda tikilməkdə olan binaya çıxıb. O, ikinci mərtəbədə olarkən ayağının altındakı taxta sınıb və aşağı mərtəbəyə yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan A.Cəfərova orada vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi