azia.az
azia.az

“Bu məlumatlar Nəcməddin Sadıkovun həbsini qaçılmaz edir” - ŞOK AÇIQLAMA

24-02-2022, 10:31

“Bu məlumatlar Nəcməddin Sadıkovun həbsini qaçılmaz edir” - ŞOK AÇIQLAMA
Müdafiə Nazirliyində maliyyəçilərin həbs dalğası olduqca ciddi yeyintiləri üzə çıxarıb. Ən səthi yoxlamalarla üzdə çıxarılan yeyintinin 20 milyon manatı aşdığı bildirilir. İndi əsas məsələ bu cinayətlərin illərlə baş verməsinə şərait yaradan, hamilik edənlərin kimliyini ortaya qoymaqdır. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində və tabeliyindəki qurumlarda həyata keçirdiyi əməliyyatlarla nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov saxlanılıblar. Onların hər biri barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. İlkin olaraq həbs edilən 4 şəxsə Cinayət Məcəlləsinin 179.4-cü - xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham verilib. Polkovnik Cəlal Kazımova bu maddə ilə yanaşı 313-cü - vəzifə saxtakarlığı, 341.2.1-ci - bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma və 341.2.3-cü, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham elan edilib. Dünən isə MN-in Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğlu da həbs edilib.

Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəni təkbaşına həyata keçirə bilməzdilər.

Belə miqyaslı yeyintinin Nəcməddin Sadıkovun rəhbərliyi ilə həyata keçirildiyi iddiaları kəskin şəkil alıb. Bu həbslər kimi hədəf alıb? DİA.AZ-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, həbsə alınan şəxslər Müdafiə Nazirliyində maliyyə işlərinə cavabdeh olan bir nömrəli şəxslərdir: “Hər kəs bilir ki, o qədər büdcə vəsaitini hansısa idarə rəisi götürüb cibinə qoya bilməzdi. Digər tərəfdən də belə bir miqyaslı mənimsəmə illərlə davam edib. Bu qədər vəsaiti mənimsəmək üçün uzun müddət sistemli iş aparılıb. Bunu görməzdən gələn rəhbərliyin marağı nə olub? Niyə Müdafiə Nazirliyi kimi bir quruma ayrılan büdcə vəsaitlərinin düşməncəsinə ələ keçirilməsi baş tutub? Bu işlərə Nəcməddin Sadıkovun da aidiyyəti aydınlaşdırılmalıdır. Bu adam 44 günlük Vətən müharibəsinin ən qızğın günlərində vəzifəsindən uzaqlaşdırılıb. Onun vəzifədə olduğu dövrdə mətbuatda korrupsiya cinayətləri ilə bağlı yüzlərlə yazı dərc olunub. Əgər həmin məsələlər qaldırılsa, araşdırılsa, Nəcməddin Sadıkovun həbsi labüddür. Deməyim odur ki, Sadıkovun həbsi üçün kifayət qədər əsaslar var. Sadəcə, müvafiq tapşırıq verilməlidir ki, onu həbs etsinlər. 30 ilə yaxın Azərbaycanın Müdafiə Nazirliyində onun adı hansı vəzifə cinayətlərinə qarışmayıb ki? Ən azı ”Tərtər işi"ndə baş verənlərə görə onun həbsi vacibdir".
“Bu məlumatlar Nəcməddin Sadıkovun həbsini qaçılmaz edir” - ŞOK AÇIQLAMA

Hüquqşünas deyir ki, istintaq mətbuatda dərc olunan məlumatları araşdırsa, Nəcməddin Sadıkov həbs oluna bilər: “Hərbi ekspertlərdən biri açıqladı ki, Müdafiə Nazirliyinə ayrılan 200 milyonun 10 faizi Nəcməddin Sadıkova çatıb. Dedi ki, Müdafiə Nazirliyinə 300 milyon ayrılıb, yenə də 10 faizi onun cibinə gedib. Hər dəfə 20-30 milyona sahiblənib. Pullar təyinatı üzrə xərclənmədən, işlər başlanmazdan öncə Nəcməddin Sadıkova çatdırılıb. Hərbi ekspertin bu açıqlamasını bir çox mətbuat orqanları yayıb. Bu məsələ araşdırılmalıdır. Müdafiə Nazirliyinə ayrılan pulları əllərindən keçirən maliyyəçiləri dindirsinlər, bu iddianı da yoxlasınlar. Digər bir hərbi ekspert də çox maraqlı məlumat açıqladı. Dedi ki, Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf Nəcməddin Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxsdir. Belə məlum olur ki, köhnə işlər idarəsinin rəisi İlqar Məmmədov təzə struktura keçəndən sonra yeni təyin olunub, amma o da sırf Nəcməddin Sadıkovun kadrı idi. Onun sözlərindən bəlli oldu ki, Nəcməddin Sadıkovun kadrları hələ də vəzifədədir. Nəcməddin Sadıkovun sağ əli Zahid vardı və orduda onu ”şlyapa Zahid" kimi tanıyırdılar. Onun qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, həbs olunub. O da sırf Nəcməddin Sadıkova bağlı insan idi. Bu məlumatlar araşdırılsa, Nəcməddin Sadıkov həbs olunmalıdır".

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi