azia.az
azia.az

Heç kimin ağlına gəməyən üsul: Bakıda narkotiki belə satırlar -VİDEO

2-02-2022, 18:00

Heç kimin ağlına gəməyən üsul: Bakıda narkotiki belə satırlar -VİDEO
Sosial şəbəkələrdə yayılan bu görüntü narkotik tacirlərinin üsullarından biridir.

AZXEBER.COM xəbər verir ki, son illər Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları hər gün onlarla şəxsi məsuliyyətə cəlb etsə də, müxtəlif üsullarla "ağ ölüm"ün satışı həyata keçirilir.

Sözügedən görüntülər də, məhz narkotik tacirlərinin yeni üsuludur. Bu üsuldan istifadə edən şəxslər öncədən danışdıqları adamlar üçün narkotik maddələri müəyyən edilmiş yerlərdə gizlədirlər. Alıcı isə, aldığı narkotik maddəni götürdükdən sonra pulunu həmin gizli yerə qoyur və ərazidən uzaqlaşır.

Bu üsulla cinayətkarlar hüquq-mühafizə orqanlarından qaçmağa çalışırlar.

Bu dəfə isə, ərazidəki təhlükəsizlik kameraları həmin şəxslərin qanunsuz əməllərini lentə ala bilib.

My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi