azia.az
azia.az

“Bacı, sənə qurban 20 “patı”, 10 “kola” hazırla” - Bakıda narkotik satan “Bibi” ləqəbli qadının cinayət işi

22-11-2021, 09:41

“Bacı, sənə qurban 20 “patı”, 10 “kola” hazırla” - Bakıda narkotik satan “Bibi” ləqəbli qadının cinayət işi
Bakıda narkotik satan 47 yaşlı qadın hakim qarşısına çıxarılıb. Onun narkotik satdığı şəxslərlə mesajları üzə çıxıb.
“Bacı, sənə qurban 20 “patı”, 10 “kola” hazırla” - Bakıda narkotik satan “Bibi” ləqəbli qadının cinayət işi
Azia.az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Hüseynova Bikə Ağamalı qızının cinayət işi üzrə məhəkəmə araşdırması başa çatıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Bikə Hüsyenova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla özünü təqsirli bilməyən Bikə Hüseynova deyib ki, narkotik vasitə olan “kakos”dan istifadə etsə də narkotik satışı ilə məşğul olmayıb.

B.Hüseynova istintaqda narkotik satışını etiraf etsə də məhkəmədə fərqli ifadə verib. Bildirib ki, istintaqda ifadəsini oxumayıb və bilmədən imzalayıb.

Daha əvvəl narkotik istifadəsinə görə məhkumluq həyatı yaşadığını deyən Bikə Hüseynova himayəsində övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

İstintaq orqanı müəyyən edib ki, B.Hüseynova bir çox şəxsə narkotik vasitə satıb. Onun “Bibi” ləqəbilə tanındığı da istintaqın müəyyən etdiyi məqamlardan olub.

Araşdırmalar zamanı onun telefonuna “Bibi, mənəm Adəm. 10 dəqiqə məhəlləyə çatıram. Bir nəfər göndər, 1 dənə yarım kola gətirsin”, “1 dənə qram kola, 1 dənə yarım kola, 20 manatlıq da patı istəyirəm. Varsa, gəlim”, “Bacı, sənə qurban mənə 20 “patı”, 10 kola. Çatıram, amma selofana qoy, kağıza yox” kimi mesajların gəldiyi də üzə çıxıb.

Qeyd edək ki, bu mesajlarda “kola” olaraq adı yazılan narkotik vasitə əslində “kakos” adı ilə bilinən narkotik vasitədir.

Bikə Hüseynova deyib ki, Adəmin ağrıları olduğu üçün ona “kakos” verib. Digər mesajları yazan qadına da kömək üçün “kakos” verirmiş.

İş üzrə şahid qismində dindirilən bir qadın isə Bikə Hüseynovadan “patı” aldığını deyib. Bir uşaq anası olan qadın bildirib ki, çəkisi çox olduğu üçün arıqlamaq istəyib. O, “patı”nın insanı arıqlatdığını eşitdiyini və bundan istifadə etməyi fikirləşdiyini deyib. Bu barədə Bikəyə deyən zaman ona “patı” təşkil edəcəyini deyib.

İstintaqda dindirilən qadın deyib ki, bir dəfə çəkib və bütün gecəni yata bilməyib. Bundan sonra özünə söz verib ki, bir də həmin narkotik vasitədən istifadə etməyəcək.

İşdə adı keçən Adəm də “Bibi”dən narkotik aldığını təsdiq edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi