azia.az
azia.az

Azərbaycanda bu əraziyə sel düşüb

25-08-2021, 11:13

Azərbaycanda bu əraziyə sel düşüb
Avqustun 25-i saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Gəncədə güclü şimşək, Sabirabadda güclü ildırım, eyni zamanda Şəki, Tərtər, Mingəçevir, Ağdam, İmişli, Cəfərxan, Bərdə, Oğuz, Naftalan, Zaqatala, Balakən, Xınalıq, Altıağac, Qusaryasaq, Xaçmaz, Quba, Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, Kişçay (Şəki), Xınalıq, Şabran, Nabranda qeydə alınıb.

Oğuzun Əyriçay Başdaşağıl məntəqəsində 2 saat ərzində 35.0 mm (aylıq normanın 61%-i) olub ki, nəticədə məntəqədən gecə saatlarında sel keçib, Yağışın miqdarı Kişçayda (Şəki) 14.0 mm, Xınalıqda 13.0 mm, Qrızda 8.0 mm, Sarıbaş (Qax), Gəncədə 7.0 mm, Qusarda 6.0 mm, Quba, Şəkidə 5.0 mm, Şinçay Şin, Daşkəsəndə 4.0 mm, Mingəçevir, Nabran, Gədəbəydə 3.0 mm, Qəbələ, Xaçmaz, Şəmkirdə 2.0 mm, Şabran, İsmayıllı, Göygöl, Balakən, Xaltan, Bərdə, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Şirvan, Naxçıvan, Tovuz, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakı, Maştağada 1.0 mm-dək olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi