azia.az
azia.az

"91-lər"in üzvü olan keçmiş deputat vəfat edib - FOTO

13-08-2021, 14:08

"91-lər"in üzvü olan keçmiş deputat vəfat edib - FOTO
Bakı Dövlət Universitetinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.

Azia.az "report"a istinadən xəbər verir ki, 70 yaşında dünyasını dəyişən T.Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə "Sinqulyar-həyacanlanmış inteqro diferensial tənliklər sistemi üçün optimal idarə məsələsinin həllinin asimptotikası və onun bəzi xüsusiyyətləri haqqında" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

O, 1999-2000-ci illərdə Milli Məclisinin üzvü olub.

T.Hüseynov 1992-ci ilin oktyabrında ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edən 91 nəfər tanınmış Azərbaycan ziyalısından biri olub.

2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

"91-lər"in üzvü olan keçmiş deputat vəfat edib - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi