azia.az
azia.az

"23 qardaşım var, bir tək məni evə sığdıra bilmədilər" deyib, intihara cəhd ETDİ

3-08-2021, 15:42

"23 qardaşım var, bir tək məni evə sığdıra bilmədilər" deyib, intihara cəhd ETDİ

İstanbulda evlənmək istəməyən gənc qız intihara cəhd edib.

32gun.news xəbər verir ki, hadisə bu gün səhər saatlarında Taşkışla Caddesi üzərindəki piyada keçidində meydana gəlib. Belə ki, ailəsi tərəfindən zorla evləndirilən 22 yaşlı Elif adlı qız Şişlidəki evindən İstanbula qaçıb.

Gecəni dostları ilə birlikdə parkda keçirən gənc qız səhər saatlarında keçiddən ataraq, intihar etmək istəyib. Elif ağlayaraq, "23 qardaşım var, bir tək məni evə sığdıra bilmədilər",- deyə qışqırıb.

Gənc qızın harayına xilasedici qüvvələr yetişib. Lakin 22 yaşlı qız özünü keçiddən atıb. Ağır bədən xəsarətləri alan Elif xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi