azia.az
azia.az

Deputatın MMC-sində DAVA DÜŞDÜ

23-05-2021, 13:01

Deputatın MMC-sində DAVA DÜŞDÜ
Dünən axşam saatlarında Bakının Nəsimi rayonunda "Karat-8 MMC"-yə məxsus binada komendant işləyən 1982-ci il təvəllüdlü Vasif Xudiyev binada mühafizəçi işləyən şəxslərlə əlbəyaxa dava edib.

Mühafizə xidmətinin əməkdaşları V.Xudiyevi döyüb. Yaralı xəstəxanaya yerləşdirilib.

32gun.news-un əldə etdiyi məlumata görə, sözügedən MMC deputat Əsabil Qasımova məxsusdur. "Karat-8 MMC" deputatın qardaşı Vüqar Qasımovun nəzarətindədir.

Xatırladaq ki, V.Qasımovun adı bir neçə dəfə pulla bağlı qalmaqala qarışıb. Belə ki, mətbuatda yazılan məlumata görə, V.Qasımov iş adamlarının pullarını mənimsəyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi