Bakıda həkim müalicə üçün gələn qadına təcavüz etdi — Şok olay
Bakıda “Diaqnoz” Tibb Mərkəzində şüa diaqnostikası üzrə həkim işləyən Naxçıvan sakini, 1966-cı il təvəllüdlü Çingiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azia.az-ın əldə etdiyi məlumata görə, Çingiz Məmmədov paytaxtın Xətai rayonunda yerləşən “Diaqnoz” Tibb Mərkəzində şüa diaqnostikası üzrə həkim işlədiyi üçün zərərçəkmiş Validə Babayevanın (ad və soyad şərti verilib – red.) səhhətində olan nasazlıqlara görə müayinə olunmaq məqsədi ilə onun xidməti otağına gəlib.
Çingiz Məmmədov Validə Babayevanı rentgen müayinəsinin zəruri olduğunu və bunun çılpaq bədənlə həyata keçirildiyini deyib. O, Validə Babayevadan əynindəki bütün paltarları çıxartmasını və sinəsini rentgen cihazına dirəməsini tələb edib.