azia.az
azia.az

Cəlilabadda keçirilən I Kitab Sərgisi yekunlaşıb

Bu gün, 21:50

Cəlilabad rayonunda ilk dəfə təşkil olunan və 3 gün davam edən I Kitab Sərgisi yekunlaşıb.

"Report"un Muğan bürosunun məlumatına görə, sərgidə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, tələbələr, şagirdlər və qonaqlar iştirak edib.

Sərginin əsas məqsədi insanlarda mütaliə vərdişlərini gücləndirmək, gənc nəslin kitaba marağını artırmaq, cəmiyyət içində oxu mədəniyyətinin daha da inkişafına töhfə vermək olub.

Tədbir çərçivəsində tanınmış yazıçıların imza saatları, konsert proqramları və təqdimatlar da təşkil olunub.

Sərgi 5-7 iyun tarixlərini əhatə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi