Gürcüstan Yazıçılar Birliyinin və Gürcüstan Azərbaycanlı Qadınlar Assosiasiyasının birlikdə təşkilatçılığı ilə Azərbaycanlı Yazıçı Sona Abbasəliqızı Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib
Gürcüstan Yazıçılar Birliyinin və Gürcüstan Azərbaycanlı Qadınlar Assosiasiyasının birlikdə təşkilatçılığı ilə Azərbaycanlı Yazıçı Sona Abbasəliqızı Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib
Uğurlarn artması, xarici ölkələrdə təbliğ olunmaq qələm adamı üçün vacib prosesdir. Hər kəs bu önəmli işin sevincini yaşamaq istər. Ancaq bu, hamı üçün müəssər olmur, tale önəm verdiyi şəxsi bu fövqə qaldırır. Heç şübhəsiz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Türkiyədə “İlin Tarixi roman yazarı” ödülünü almış, bir sıra önəmli təltiflərlə mükafatlandırılmış şair-publisist, tanınmış yazıçı Sona Abbasəliqızının bu zəmində ədəbi şansı gətirib. Bugünlərdə onun Gürcüstan Yazıçılar Birliyinin (GYB) üzvü seçilməsi də elə bu işin bir istiqamətidir.
Məlumat üçün bildirək ki, Sona Abbasəliqızı (İsmayılova) ədəbi uğurlarına, qələmə aldığı bir-birindən maraqlı əsərlərə görə 14 iyun 2024-cü il tarixində Gürcüstan Yazıçılar Birliyinə üzv seçilib. Bununla əlaqədar həmin tarixdə Gürcüstan Yazıçılar Birliyində tədbir keçirilib. Əlbəttə bu yazıçının ilk tədbiri deyildi.Çünki yazıçı Sona İsmayılovanın "Sözün xaqanı"-nı romanına iki il öncə burada möhtəşəm tədbiri keçirilmişdi. Kitabda Xəqaninin Gürcüstanla bağlı olmasından da söhbət gedir. O nədənlə də Sona xanımı Yazıçılar Birliyinin üzvülüyünə qəbul etdik və yeni kitablarının tədbirilə birlikdə yazıçıya biz tərəfdən üzvülük sürpriz olundu.Sona xanımın sevincini görmək və duymaq iki ölkə arasındakı dostluğumuzun bir daha möhkəmlənməsi deməkdir.
Bizim dostluğumuz ta qədimdən indiki tarixə qədər davam edib.İndən sonra da belə yazıçıların sayəsində bu hörməti və dostluğu gənc nəsilə çatdırmaqmağa, davam etdirməyə, mədəniyyətimizi bir-birimizə aşılamaqda davam edəcəkdir.
Tədbirdə Gürcüstan və Azərbaycandan olan qələm adamları, sözə önəm verən şəxslər iştirak etdilər. Gürcüstan Yazıçılar Birliyinin həmsədri Bağatur Arabuli tədbirdə çıxış edib, çıxışında Sona İsmayılovanın yaradıcılığından söz açıb, onun əsərlərinin mahiyyətindən danışıb, onun əsərlərində Vətənə, xalqa, torpağa, dostluğa bağlılıq, hörmət hisslərinin geniş şəkildə əks olduğunu qeyd edib.
Bağatur Arabuli Sona İsmayılovanın yaradıcılığında vacib nüans kimi diqqət çəkən ədəbi zəminlərə də toxunub, həmçinin, onun Gürcüstan dövlətinə və xalqına dost və qardaşlıq məhəbbəti ifadə etdiyini yüksək qiymətləndirib.
Tədbirdə qeyd olunub ki, Gürcüstan Yazıçılar Birliyi Sona İsmayılovanın əsərlərini mütəmadi izləyir, belə bir qələm sahibini öz sıralarında görmək istəyir. Buna görə də Gürcüstan Yazıçılar Birliyi onun adıçəkilən quruma üzv qəbul olunması barədə qərar qəbul edərək ona birliyin üzvlük vəsiqəsini verib.
Bağatur Arabuli tədbirdəki çıxışında əlavə olaraq vurğulayıb ki, Sona İsmayılovanın Gürcüstan Yazıçılar Birliyinə üzv qəbul edilməsi Azərbaycan-Gürcüstan ədəbi, mədəni əlaqələrinin inkişafında və daha da möhkəmlənməsində mühüm rol oynayacaq.
Tədbirdə Azərbaycanın əzəli həqiqətləri barədə danışılıb, azərbaycanlı qələm adamlarının, xüsusən də Sona Abbasəliqızının – İsmayılovanın Vətən məhəbbəti barədə maraqlı fikirlər deyilib.
Tədbirə jurnalistlər də dəvət edilib. AzərTAC-ın Gürcüstan bürosunun müxbiri tədbirdən geniş reportaj hazırlayıb.
Gürcüstan Yazıçılar Birliyinin həmsədri Maqvala Qonaşvili, Manana Gergişvili, Özbəkistan parlamentinin deputatı Gülbahar Saidqəniyeva, Gürcüstanın Azərbaycanlı Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva, "Alyans" gənclər mərkəzinin rəhbərliyi, gənc üzvüləri və qonaqlar, əslən Cənubi Azərbaycandan olan yazıçı Nehir Akpolat, Özbəkistandan gələn millət vəkilləri, elm xadimləri, gürcü ictimaiyyətinin nümayəndələri və başqaları da tədbir boyu Sona xanımın uğurlarını müşayiət edib, onu alqışlayıblar. Çıxış edənlər Sona İsmayılovanın yaradıcılığından söz açıb, onu Gürcüstan Yazıçılar Birliyinə üzv olması münasibətilə təbrik ediblər.
Tədbirdə maraqlı anlar da yaşanıb. Belə ki, Sona İsmayılovanın əsasən "Şuşa mənim şah Anam" adlı şeir kitabı və "Lətifənin taleyi"adlı romanın təqdimatı keçirilib. Hər iki kitab barədə ürəkaçan fikirlər səsləndirilib, bu kitabların Gürcüstan ədəbi ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə və digər iştirakçılar da Sona İsmayılovanın yaradıcılığı haqqında fikirlərini bildirib, Sona xanımın yaradıcılığında xalq varlığı, həyat amili, insansevərliyin özünəməxsus yer tutduğunu diqqətə çatdırıblar.
Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə Sona İsmayılovaya “Əsrin yadigarı Heydər Əliyev” və “Qanla yazılmış Xocalı” kitablarını hədiyyə edib.
Sona xanım tədbirin sonunda ona göstərilən yüksək etimada, səmimi diqqət və qayğıya görə Gürcüstan Yazıçılar Birliyinə təşəkkürünü bildirib, ədəbi əlaqələrin bundan sonra da davam etdiriləcəyini deyib.
Tədbir yüksək dostluq və qardaşlıq əlaqələri fonunda işini yekunlaşdırıb.
Əlavə olaraq qeyd edək ki, iyunun 15-də Gürcüstanda Axundov adına ev muzeyini də ziyarət etdilər.
Həmçinin AzərTAC-ın xüsusi müxbiri Xətai müəllim tədbirdən hazırladığı yazını izləyicilərə təqdim edib.
Gürcü dilinə hazırladı:
GYB-nin həmsədri Bağatur Arabuli
Gürcü dilindən tərcümə etdi:
Gürcüstan Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva