Çin yaxın 3 ildə yeni "İpək yolu"nun tikintisində iştirak edən inkişaf etməkdə olan ölkələrə 8,7 mlrd. dollar ayırmaq niyyətindədir.
Bunu "Bir kəmər – bir yol" strategiyası çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə yüksək səviyyəli forumda Çin sədri Si Szinpin deyib.
"Çin, yaxın 3 ildə "Bir kəmər – bir yol" strategiyasının həyata keçirilməsində iştirak edən inkişaf etməkdə olan ölkələr və beynəlxalq təşkilatlara daha çox mülki obyektlər yaratmaq üçün 8,7 mlrd. dollar həcmində yardım ayıracaq", — deyə Si Szinpin bildirib. (Report)