azia.az
azia.az

MEK tərəfindən “Əli Məhəmməd oğlu Abbasov” adlı biblioqrafik göstərici tərtib olunub

1-11-2023, 16:07


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən tərtib olunan növbəti biblioqrafik göstərici işıq üzü görüb.

Budəfəki biblioqrafik vəsait AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Əli Abbasovun 70 illiyinə həsr olunub.

Vəsaitə Əli Abbasovun həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, elmi əsərlərinin, patent və ixtiralarının, dövri, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan, rus və digər xarici dillərdə dərc olunmuş məqalələri, məruzə və çıxışları daxil edilib.

Elmi redaktoru MEK-in baş direktoru professor Məmməd Əliyev, tərtibçisi Afət Məmmədova, redaktoru Nərgiz Novruzova, ixtisas redaktoru isə Şahnaz Şahbazova olan bu biblioqrafik göstərici alimin fəaliyyətinin 1976-2023-cü illərini əhatə edir.

Qeyd edək ki, akademik Əli Abbasov Beynəlxalq Elmlər Akademiyasının, Ümumdünya Elmlər Akademiyasının (TWAS), Beynəlxalq İnformasiya və Beynəlxalq Mühəndislik akademiyalarının həqiqi üzvü, beş xarici universitetin fəxri doktoru, Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun (İEEE) üzvüdür. Akademik 280-dən çox elmi əsərin, o cümlədən 16 monoqrafiyanın, 2 lüğətin, 7 dərs vəsaitinin və 11 patentin müəllifi, impakt faktorlu (İF-7, 4) Applied and Computation Mathematics jurnalının baş redaktorlarından biridir.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi