azia.az
azia.az

Dollarla bağlı kritik məlumat açıqlandı

8-04-2017, 09:58

Dollarla bağlı kritik məlumat açıqlandı


Gözlənti məşğulluğun 180 min artması, işsizlik nisbətinin 4.7% olması idi

Qlobal bazarların səbirsizliklə gözlədiyi mühüm məlumatlar açıqlanıb. azia.az marja.aza-a istinadən xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq martda 98 min artıb, işsizlik nisbəti 4.7%-dən 4.5%-ə geriləyib. Beləliklə, işsizlik nisbəti 2007-ci ilin may ayından bəri ən aşağı səviyyəyə enib.

Gözlənti məşğulluğun 180 min artması, işsizlik nisbətinin 4.7% olması idi. Fevral ayı məşğulluq göstəricisi 235 mindən 219 minə dəyişdirilib. Orta saatlıq maaşlar bu dövrdə 0.2% ilə gözləntiyə paralel arıb. Maaşlarda illik artım da gözlənildiyi kimi 2.7% olub.

Məşğulluq mart ayında əvvəlki ilk 2 aya nisbətən düşmüş olsa da, bu vəziyyət normallaşma olaraq da görülə bilər. Sağlam məşğulluq görünüşü FES rəsmilərinin mart ayında faiz artırmasına təsir göstərmişdi. FES üzvləri bu il 2 faiz artırımı nəzərdə tutur.

Məlumatın açıqlanmasının ardınca dollar avro qarşısında bahalaşıb. Avro/dollar məzənnəsi 0,3% düşərək 1.0615 səviyyəsində olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi