azia.az
azia.az

Dollar 3 manat olarsa...

27-01-2017, 18:24

Dollar 3 manat olarsa...

Hazırda dollar 2 manata sürətlə yaxınlaşır

Azərbaycan milli valyutası manat dollara nisbətdə ucuzlaşmaqda davam edir.

Mərkəzi Bankdan (AMB) İstiPress-ə verilən məlumata görə, AMB-də Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracda manatın orta çəkili məzənnəsi 1,9165 səviyyəsində formalaşıb.

Bir sıra iqtisadçı-ekspertlərin proqnozuna görə, ilin sonuna qədər dollar 3 manat səviyyəsində olacaq. Hazırda reallıq bundan ibarətdir ki, dollar 2 manata sürətlə yaxınlaşır.

Manatın kəskin ucuzlaşmasından sonra kommunal xidmətlərin tariflərində xeyli bahalaşmanın olduğunu nəzərə alsaq belə bir sual yaranır: Dollar 3 manat olarsa, kommunal xidmətlərin və metronun tariflərində bahalaşma gözlənilirmi?

Dollar 3 manat olarsa...
Sualı cavablandıran “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı bildirdi ki, hazırda suyun qiymətinin qalxması gündəmdə deyil. Dollar kəskin bahalaşsa belə, suyun tariflərində artım olmayacaq.

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də qeyd etdi ki, təmsil etdiyi qurum tariflərin artırılması ilə bağlı hələlik heç bir təşəbbüs göstərmir.

“Lakin hər şey Tarif Şurasının qərarından asılıdır. Biz şuranın verdiyi qərarlara tabe oluruq”, - T.Mustafayev qeyd etdi.”

Dollar 3 manat olarsa...
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə hazırda metroda sərnişinlərin daşınmasının indi tarifdən baha başa gəldiyini bildirdi.

“"Bakı Metropoliteni" dövlət dotasiyası hesabına xərclərini bağlayır. Qurum rəhbərliyi qiymətlərin artması ilə bağlı Tarif Şurasına müraciət etməyib və hazırda belə plan yoxdur”, - Nəsimi Paşayev dedi.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev də qeyd etdi ki, qazın qiymətinin artırılması hələlik gündəmdə deyil və bununla bağlı Tarif Şurasına müraciət edilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi