azia.az
azia.az

2 şirkətin hegemonluğu - Siqaret niyə bahalaşır?

26-01-2017, 13:51

2 şirkətin hegemonluğu - Siqaret niyə bahalaşır?
Son günlər ölkədə siqaret qıtlığı yaşanır və qiymətlər sürətlə bahalaşır

Bunun bir neçə səbəbi var

Topdansatış məntəqələrindən bildirirlər ki, şirkətlər məcburi qiymət artımından başqa 3 faiz əlavə artıma da məcburdur. Çünki şirkət hesabına pul küçürərkən 2 faiz vergi və 1 faiz bank xidməti tutulur. Halbuki, siqaret satışı zamanı yenidən vergi ödənilir.

Belə olan halda nəğdsiz ödənişə nə ehtiyac var?

Məsələ ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, nağdsız ödənişin məntiqi və hökümətin düşündüyü o idi ki, dövriyyəni daha ciddi şəkildə nəzarətə alısın:

"Hökumət dövriyyənin leqallaşmaqla vergilər vasitəsilə büdcəyə daha çox vəsait toplamaq istəyir. Əslində normal ticarət, bank, maliyyə sistemi olan ölkələrdə belə bir problemlər yaşanmır. Çünki istənilən Avropa ölkəsində əhalinin böyük əksəriyyəti kartla alış-veriş edir. Bu alış-veriş qediyyatdan keçir və heç bir problem yaşanmır. Hökumət dövriyyənin leqallaşdırılmasını istiyirsə, tək siqaret yox, bütün sahələrin qeydiyyata düşməsinə çalışırsa, ilkin mərhələdə kartla alış-verişin təşviqinə çalışmalı idi. Əslində məntiq də bunu deyir ki, ilk növbədə əhalinin kartla alış-verişin infrastruktrunun qurulmasına çalışmaq lazımdır. Nə qədər əhali kartla alış-veriş edəcəkdisə, vergilərin də daha şəffaf şəkildə görünməsinə imkan yaranacaqdı".

Ekspert qeyd edib ki, tək siqaretdə bu addımı atmağın məntiqi və mənası yoxdur:

"Çünki struktur hazır olmadığından vətəndaşlar bunun əziyyətini çəkir. Həm qiymət qalxır, həm də bir çox siqaretlər heç satışa daxil olmur. Topdansatış ticarətlə məşğul olanların hesabına pul ödəyib, kart vasitəsilə alışa qadir olan pərakəndə satış mağazalarının sayı kifayət qədər azdır. Böyük marketlərdə ola bilər bu infrastruktur olsun. Amma Azərbaycanda, Bakı şəhərinin özündə 20 minə yaxın xırda mağazalar fəaliyyət göstərir. Bunların da maraqlarını və indiki ağır dönəmdə dövriyyələrini nəzərə almaq lazım idi. Yəni ilk mərhələdə bunu bir strukturu hazırlanmalı idi. Təəssüf ki, bu baş vermədi. Bu da həm qiymət artımına, həm də bəzi siqaretlərin bazardan çəkilməsi ilə müşahidə olunur".

Natiq Cəfərli siqaretin bahalaşmasının başqa bir səbəbinə də toxunaraq vurğulayıb ki, ölkədə cəmi 2 şirkət siqaretin topdansatışı ilə məşğuldursa, bu zaman istənilən sövdələşməyə və qiymət artımına getməyə münbit şərait yaranır:

"İqtisadiyyatda ən yaxşı nəzarətçi dövlət və ya dövlət qurumları deyil, rəqabətdir. Əgər Azərbaycanda 2 deyil, onlarla şirkət bu işlə məşğul olsaydı, rəqabətli mühitdə qiymətlərin süni artımına da imkan yaranmazdı. Rəqabli mühitdə məntiqsiz qiymət artımına gedən şirkətlər uduzurlar. Ona görə də "nəzarət" sözünü hökümət gündəliyindən çıxardaraq, bunu rəqabətin, azad iqtisadiyyatın, vətəndaşın üzərində qurmalıdır. Çünki nəzarət daha çox orda effekt verir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi