azia.az
azia.az

Davos forumu Azərbaycan iqtisadiyyatını xilas edəcəkmi?

20-01-2017, 11:29

Davos forumu Azərbaycan iqtisadiyyatını xilas edəcəkmi?
üçüncü ölkələrdə birgə fəaliyyət üçün münbit şərait yaradır”; Fikrət Yusifov: “Keçirilən hər bir görüş Azərbaycanın təqdimatı deməkdir”

Hər ilin yanvarında olduğu kimi, bu il də İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu (ÜİF) keçirilir. Sayca 49-cu olan forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər beynəlxalq birliyin qarşılaşdığı çətinlikləri müzakirə edir, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirirlər.

Hər ilin yanvarında olduğu kimi, bu il də İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu (ÜİF) keçirilir. Sayca 49-cu olan forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər beynəlxalq birliyin qarşılaşdığı çətinlikləri müzakirə edir, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirirlər.

Forum yanvarın 21-nə kimi davam edəcək. Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Forumun hazırda iqtisadi çətinliklərlə üz-üzə qalan Azərbaycan üçün hansı perspektivlər vəd etdiyi də maraq doğurur.

“Prezident İlham Əliyevin forumda iştirakı həm iqtisadi, həm də siyasi planda növbəti uğurlu addımdır. Düzdür, Davosda beynəlxalq əhəmiyyətli qərarlar qəbul edilmir, lakin bu, nüfuzlu qeyri-rəsmi şəraitdə görüşüb dünya iqtisadiyyatı üçün əhəmiyyətli olan bir çox məsələləri müzakirə etməyə, vacib əlaqələr yaratmağa imkan verir”. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun fikrincə, əgər əvvəllər Azərbaycan dünya ictimaiyyəti üçün enerji resursları ilə zəngin ölkə kimi maraq doğururdursa, indi özünün strateji mövqeyi və iqtisadi gücü sayəsində ona olan maraq artıb: “Qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti bu cür forumlarda ən arzulanan qonaqlardandır. Forumun müxtəlif ölkələri təmsil edən qonaqlarının çoxu prezident İlham Əliyevlə şəxsən ünsiyyət qurmaq üçün maraq və həvəs göstərir. Bu fakt göstərir ki, Azərbaycan prezidentinin siyasi gündəliyi hər dəfə kifayət qədər sıx olur. Adətən bu cür beynəlxalq arenalarda belə vacib görüşlərdən sonra üçüncü ölkələrdə birgə fəaliyyət üçün münbit şərait yaranır” (day.az) Onun sözlərinə görə, Davos Forumu iqtisadi məsələlərdən başqa, dünya ictimaiyyətinin diqqətini Erməinstan-Azərbaycan münaqişəsinə də cəlb etmək üçün də növbəti imkandır.

Yeri gəlmişkən, Dünya İqtisadi Forumunun yeni məruzəsində bildirilir ki, Ermənistan inkişaf etməkdə olan 79 ölkə arasında məşğulluq, əməkhaqqı, yaşayış səviyyəsi və sosial inteqrasiya baxımından heç də yüksək yerə sahib deyil (Trend). Onlardan 30-u inkişaf etmiş, 79-u isə inkişaf etməkdə olan ölkədir. Ermənistan reytinqdə 50-ci yeri tutmaqla qonşularından xeyli geri qalır - Azərbaycan (2-ci yer), Türkiyə (20-ci yer), İran (21-ci yer) və Gürcüstan (31-ci yer). Rusiya isə reytinqdə 13-cü sıradadır.

Sabiq maliyyə naziri Fikrət Yusifov xatırlatdı ki, dünyanın müxtəlif ölkələrindən 1000-dən artıq iri şirkət və təşkilatlar 1971-ci ildə yaradılan Dünya İqtisadi Forumunun üzvləridir: “DİF-nin əsas tədbiri ildə bir dəfə, ilin əvvəlində İsveçrənin Davos şəhərində keçirilir. Ənənəyə görə, qeyri-formal şəraitdə keçirilən bu görüşlərdə müasir dünyanın əsas problemləri, iqtisadiyyatın inkişafının perspektivləri, dünyada sabitliyin və ekoloji tarazlıqla bərpa olunması ilə bağlı məsələlər müzakirə olunur. Hər il Davos görüşləri çərçivəsində 300-dən çox plenar iclas, dəyirmi masalar, dövlət məmurlarının iştirakı ilə kiçik görüşlər keçirilir. Bu görüşlərdə hər hansı bir rəsmi sənəd qəbul edilmir. Forum, sadəcə olaraq, dünya iqtisadiyyatının bir çox vacib məsələlərini qeyri-formal şəraitdə müzakirə etməyə, yeni iqtisadi əməkdaşlıq əlaqələri qurmağa şərait yaradır. Hər bir ölkənin iqtisadiyyatının inkişafında xarici kapitalın rolu kifayət qədər böyükdür. Bu səbəbdən də hökumətlər öz imkanlarından istifadə edib, ölkəsinə daha çox xarici kapital axınının təmin edilməsinə çalışır. Bu, yenilik deyil, son onilliklər boyu bu yolu keçmiş bir çox ölkələrin iqtisadi uğurları hər kəsə bəllidir. Bu sırada Çin və Cənub Şərqi Asiya ölkələrinin bir çoxu bariz nümunədir. Bu gün xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsinin əhəmiyyəti daha da artıb desək, səhv etmərik. Dünyada gedən iqtisadi böhran fonunda, ayrı-ayrı ölkələrin hökumətləri və xüsusilə də iqtisadiyyatı neftlə bağlı olub, neftin qiymətlərinin kəskin azalması səbəbindən böyük valyuta gəlirləri itkisinə məruz qalmış ölkələr, indi xarici investisiyaları cəlb etmək üçün bütün mümkün imkanları bir araya gətirməyə çalışırlar. Xarici investisiyaların və sərfəli şərtlərlə alına biləcək kreditlərin ölkə iqtisadiyyatına cəlb edilməsinin yollarından biri də Davos Forumu kimi beynəlxalq tədbirlərdə iştirak etməkdən və orada potensial investorlarla müvafiq işlər aparmaqdan keçir”.

F.Yusifov qeyd etdi ki, belə görüşlər vasitəsilə ölkəmiz haqında, onun iqtisadi durumu və aparılan iqtisadi islahatlar barəsində məlumatların çatdırılması mühüm əhəmiyyət kəsb edir: “Bu işin ölkə rəhbərliyi səviyyəsində aparılması investorlarda daha çox inam yarada bilir. Bu səbəbdən də Dünya İqtisadi Forumunda Azərbaycan prezidenti başda olmaqla, Azərbaycan nümayəndə heyətinin iştirakı tədqirəlayiqdir. Keçirilən hər bir görüş eyni zamanda Azərbaycandakı ictimai-siyasi durum, ölkə iqtisadiyyatının vəziyyəti, aparılan iqtisadı islahatlar barəsində bir təqdimat deməkdir”. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi