"Stadler" Rusiya üçün nəzərdə tutulmuş 5 qatarı Azərbaycana satıb
"Stadler Rail" konserni yaxın vaxtda Azərbaycana daha 2 dəmir yolu qatarı göndərəcək.
Bu barədə konsernin mətbuat katibi Marina Vinder bildirib.
M. Vinder xatırladıb ki, ümumilikdə konsern Azərbaycana 5 qatar satıb. Bunlardan 3-ü I Avropa oyunları ərəfəsində təcili qaydada ölkəmizə göndərilərək "Azərbaycan Dəmir Yolları" QSC-nin sərəncamına verilib. Maraqlıdır ki, həmin 5 qatar ilk olaraq Rusiya üçün nəzərdə tutulmuşdu.