azia.az
azia.az

Oğlunun bədənindən cin çıxarmaq istədi, məhkəməyə düşdü

30-01-2018, 01:25

Niderlandda oğlundan cin çıxarmaq istədiyini deyən ana qəddar davranışa görə məhkəməyə düşüb. Bu barədə BBC News xəbər verir. 25 yanvarda Niderlandın Rurmond şəhərində keçirilən məhkəmədə bu işə baxılıb. Bu, ölkədə bu qəbildən olan ilk məhkəmədir. 9 yaşlı oğlunu pis ruhlardan xilas etmək üçün 39 yaşlı qadın uşağın əlini sobanın içinə salıb.

Bundan başqa, qadın uşağın qulalarını pambıqla doldurub və onun dinləmə qabiliyyətini zədələyib. 2016-cı ildən etibarən uşaq qəyyumluğa götürülüb. Qadının vəkili isə dedi ki, onu qəddar davranışda ittiham etmək olmaz. Çünki onun hərəkətləri uşağını qorumaq məqsədi daşıyırdı. Bu halda qadın öz uşağını qoruduğunu düşündüyü üçün hər hansı cəzanı haqq etmir.

Kriminal fəlsəfə üzrə professor Yeruna ten Vorde isə məhkəmədə çıxış edərək deyib ki, motivindən asılı olmayaraq qəddar davranış elə qəddar davranış deməkdir. Qəddar davranışların müşayiəti ilə cin çıxarmağa çalışmaq və bu zaman uşağa zədə vurmağın heç bir izahatı və açıqlaması ola bilməyəcəyini deyən professorun sözlərinə görə, uşağın anası başqa cür düşünə bilər, amma bu, faktı dəyişmir.

Gözlənilir ki, məhkəmə ekspert kimi antropoloqların da rəyini dinləyəcək və cin qovulmasının elmi əsaslarını izah edəcək. Rəsmi rəqəmlərə görə, Niderlanddakı müsəlmanların 80 faizi psixi pozuntuların cinlər ucbatından baş verdiyini düşünür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi