Londonda hündürmərtəbəli yaşayış binası yanır.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda əraziyə çoxlu sayda polis əməkdaşı, Londonun yanğınsöndürmə və təcili yardım xidməti cəlb olunub. Binanın yuxarı mərtəbələrində hələ də köməksiz qalan sakinlərin olduğu qeyd edilir.
İlkin məlumata görə, azı 30 nəfər zərərçəkən var.
Hadisə şahidləri binadan özlərini atanların olduğunu deyirlər.