Türkiyə və Suriyanın hərbi nümayəndə heyətləri Rusiyanın vasitəçiliyi ilə "Xmeymim" aviabazasında danışıqlar aparıblar.
Xəbər verilir ki, bu barədə Türkiyə mediası Suriya hökumətinə yaxın mənbələrə istinadən bildirib.
İki ölkə arasında aparılan danışıqlar zamanı xüsusilə İdlib və ətrafında baş verənlər müzakirə edilib.
Növbəti görüşün Bağdadda olacağı gözlənilir.
Zaur,
Bakupost.az