Qırğızıstanın cənubunda yerləşən Oş vilayətində güclü torpaq sürüşməsi baş verib.
Bu barədə APA İnterfaks-a istinadən məlumat verib.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə, 24 nəfər ölüb.
Hadisə bu gün səhər yerli vaxtla saat 7:00 radələrində Uzgen rayonunun Zərgər kəndində baş verib. Sürüşmə zonası 1 milyon kubmetr ərazini əhatə edir.
Sürüşmə nəticəsində 7 ev iri torpaq kütləsinin altında qalaraq dağılıb.
İlkin məlumata görə, ölənlərin hamısı hadisə vaxt evdə olub və torpaq qatının altında qalıb.
Hadisə yerinə FHN-in 100-dən artıq əməkdaşı cəlb olunub.
Onlar torpaq kütləsini təmizləməyə, torpağın altında qalanları çıxarmağa çalışırlar.