BMT-nin baş katibi Antoniu Quterriş ABŞ prezidenti Donald Tramp ilə ilk görüşünü keçirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə baş katibin nümayəndəsi Stefan Düjarrik bəyan edib.
“Baş katib və prezident yaxın günlərdə bir daha görüşmək haqqında razılığa gəliblər. Baş katibin fikrincə o, BMT və ABŞ arasında əməkdaşlığı konstruiktiv şəkildə müzakirə edib”, - deyən Düjarrik, müzakirənin maraqlı keçdiyini də qeyd edib.
BMT-nin baş katibinin nümayəndəsinin sözlərinə görə, görüş 10 və ya 15 dəqiqə çəkib.