Lotereyada 70 milyon dollar udan təqaüdçü SÖZ VERDİ Kİ...
Kanadanın Kvebek şəhərində təqaüdçü Marsel Lyuse “Lotto Max” lotereyasında 70 milyon dollar məbləğində olan cek-potu udub.
Azia.az xəbər verir ki, o, udduğu pulun bir hissəsini Ukraynanın müharibə nəticəsində dağıdılan şəhərlərinin bərpasına xərcləyəcəyinə söz verib.
Təqaüdçü əlavə edib ki, uduşun qalan hissəsini autizmdən əziyyət çəkən insanlara və kruiz layihələrini maliyyələşdirməyə sərf edəcək.