azia.az
azia.az

Zelenski: "Putindən başqa heç kimlə görüşməyəcəm”

24-05-2022, 07:07

Zelenski: "Putindən başqa heç kimlə görüşməyəcəm”
"Vasitəçilərlə görüşmək istəyim yoxdur və olmayacaq. Mən Prezidentdən (Vladimir Putin-red) başqa heç kimlə görüşü qəbul etmirəm”. Azia.az "Report"a istinadən xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Dövlət başçısı qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş o halda mümkündür ki, onun gündəliyində müharibənin dayandırılması məsələsi olsun. "Onların elə bir qərar vermə strukturu var ki, onsuz heç bir qərar qəbul olunmur. Prezidentin qərarı ilə bütün qurumlar birləşib. Onsuz müharibəni dayandırmaq qərarı olmayacaq”, - Zelenski Davosda Ukrayna Evində sualları cavablandırarkən deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi